Bizimlə əlaqə saxlayın
* Bütün xanalar doldurulmadı. Xahiş edirik, formanı tam və düzgün doldurasınız
Əks əlaqə
* Bütün xanalar doldurulmadı. Xahiş edirik, formanı tam və düzgün doldurasınız

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

AccessBankın plastik kartları
sizin maddi sərbəstliyinizi təmin edir!
Mən istəyirəm mənim kartım:
Xidməti ucuz olsun Statusumu qeyd etsin İşdə faydalı olsun
SUAL / CAVAB
Siz bu bölmədə AccessBank-ın plastik kartları haqqında daha tez-tez verilən suallar ilə tanış ola bilərsiniz.
  • AccessBank-ın plastik kartını necə əldə etmək olar?
    AccessBank aşağıdakı növ kartları təqdim edir:

    VISA Electron
    VISA Classic
    VISA Gold
    VISA Platinum
    VISA Business
    Yuxarıda göstərilən plastik kartlardan istənilən birini əldə etmək üçün, Sizə uyğun olan linklərə daxil olmaq, kartların xüsusiyyətləri ilə tanış olmaq və ehtiyacınıza uyğun olanı seçmək lazımdır.
  • Kartları hansı valyutada açmaq olar?
    Müştərinin istəyi ilə AccessBank-ın plastik kartları 3 valyutadan - AZN,USD,EUR birində açıla bilər.AccessBank həmçinin eyni zamanda 2 və ya 3 valyutadan ibarət multivalyutalı kartları açmaq imkanı yaradır.
  • AccessBank-ın plastik kartlarını hansı qiymətə əldə etmək olar?
    Tariflər və kart barədə təfərrüatlı məlumatı müvafig bölməyə keçərək əldə edə bilərsiniz:
    VISA Electron
    VISA Classic
    VISA Gold
    VISA Platinum
    VISA Business
  • Kartın alınması üçün hansı sənədlər tələb olunur?
    Kartı əldə etmək üçün Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyəti təsdiq edən sənədi təqdim etməlidir. Azərbaycan Respublikasının ərazisində yaşayan xarici ölkə vətəndaşları şəxsiyyəti təsdiq edən xarici pasport təqdim etməlidir.
  • Plastik kartın hazırlanması nə qədər vaxt aparır?
    Abşeron filiallarının müştəriləri üçün kart 3 iş günü ərzində hazırlanır. Təcili hazırlanmaq üçün komissiya ödənilərsə kart 1 iş günü ərzində hazırlana bilər. Regional filiallara kartlar həftə ərzində çatdırılır. Kartların təcili hazırlanma sistemi regional filiallara aid edilmir.
  • Plastik kartı hansı maksimal dövr üçün açmaq olar?
    3 ilə qədər.
  • Bir kart hesabına əlavə kart qoşmaq olarmı?
    Bəli, plastik kart sahibinin istəyi ilə bir kart hesabına Əlavə kartlar sifariş oluna bilər. Bunun üçün kartın əsas sahibi tərəfindən əlavə kartın açılması üçün ərizə forması doldurulur və əlavə kartın sahibinin şəxsiyyət vəsiqəsi təqdim edilir.
  • İnternetdə ödəniş etmək üçün plastik kartdan istifadə etmək olarmı?
    AccessBank-ın kartları ilə Visa kartlarını ödəniş üçün qəbul edən istənilən saytda online ödəniş etmək olar.
  • Kart hesabının cari vəziyyəti haqqında məlumatı necə əldə etmək olar?
    Kart hesabının cari vəziyyəti haqda məlumatı SMS-bankinq, İnternet-bankinq, E-mail-bankinq xidməti vasitəsilə, həmçinin bankomatlarda hesabdan çıxarış almaqla və ya bankın filiallarındakı müştəri xidmətləri şöbələrindən əldə etmək olar.
  • SMS-bankinq xidmətini xarici nömrəyə qoşmaq olarmı?
    SMS-bankinq xidməti ölkədən asılı olmayaraq istənilən mobil operatora aid nömrəyə qoşula bilər.
  • İnternet-bankinq xidməti nədir?
    İnternet-bankinq xidməti – İnternet vasitəsilə bank xidmətlərini əldə etmək imkanıdır.
  • Hesabdan pulun çıxarılması və hesabın artırılması əməliyyatı nə dərəcədə tez həyata keçirilir?
    Hesabdan pulun çıxarılması və hesabın artırılması əməliyyatı online rejimdə həyata keçirilir.
  • Plastik kartdakı PİN kodu dəyişmək olarmı?
    Bəli, plastik kartın PİN kodunu AccessBank-ın istənilən bankomatında PİN change xidmətindən istifadə etməklə dəyişmək mümkündür.
  • Alış-veriş və ya hesabdan nağd pulun çıxarılması zamanı vəsaitlər hansı məzənnə ilə konvertasiya olunur?
    Kartla hər hansı bir əməliyyat (nağd pulun çıxarılması, mal və xidmətlərin ödənişi) həyata keçirildiyi zaman əgər əməliyyatın keçirildiyi valyuta kartdakı valyutadan fərqlənirsə o zaman məbləğin konvertasiyası Azərbaycan Mərkəzi Bankının həmin tarixə olan rəsmi məzənnəsi ilə həyata keçirilir. Müştərinin həyata keçirdiyi əməliyyat Millikart prosessinq mərkəzinin və ya Azərbaycan Respublikasının xaricində baş verərsə, o zaman məbləğin konvertasiyası VİSA Beynəlxalq Ödəniş Sisteminin həmin tarixə olan məzənnəsi ilə həyata keçirilir. Qeyd edək ki, valyutanın konvertasiyasına görə komissiya haqqı da alınır.
  • Bir plastik kartdan digərinə vəsait köçürmək mümkündürmü?
    Bir plastik kartdan digərinə vəsait köçürmək Card to Card xidməti vasitəsilə mümkündür
  • Əmanət sahiblərinə plastik kartlar təqdim olunurmu?
    Visa GoldVisa Platinum plastik kartları bank hesabında ən azı 30.000 və 50.000 uyğun olaraq AZN/USD/EUR olan müştərilərə komissiyasız verilir.
  • AccessBank-ın plastik kartlarının sahiblərinə güzəştlər edilirmi?
    AccessEndirim layihəsi çərçivəsində kart sahibləri bankın partnyoru olan mağazalarda, restoranlarda, tibb müəssisələrində və s. güzəştlər əldə edə bilər.
  • Plastik kartdakı qalıq məbləğə faizlər əlavə olunurmu?
    AccessBank-ın kartlarına müştərinin orta aylıq dövriyyəsindən asılı olaraq kart hesabına hər ay, illik 2% əlavə edilə bilər.
  • Kartdan nağd vəsaitin çıxarılmasına hər hansı bir məhdudiyyət varmı?
    AccessBank-ın bankomatlarında nağd vəsait çıxarılarkən aşağıdakı məhdudiyyətlər mövcuddur:
    - Bank tərəfindən bankomatdan birdəfəlik çıxarılacaq nağd vəsaitə qoyulan məhdudiyyət 400 AZN/USD təşkil edir.
    - Kartın növündən asılı olaraq limitlər(gün ərzində müştəri bankomat vasitəsilə maksimum aşağıda göstərilən məbləği nağdlaşdıra bilər):
    VISA Electron –1000 AZN/USD/EUR
    VISA Classic – 1500 AZN/USD/EUR
    VISA Gold – 2000 AZN/USD/EUR
    VISA Platinum – 3000 AZN/USD/EUR
    - Limitlər bütün kartlar üzrə şərti təyin olunub. Müştəri karta təyin olunan limitdən imtina etdikdə, bankın əməkdaşları tərəfindən müştəriyə bankomatlardan nağd vəsaitin çıxarılması limitlərindən imtina ərizəsi təqdim olunur. Bu limit müştəri tərəfindən POS-terminalardan nağd vəsaitin çıxarılmasında eləcə də mal xidmətlərin haqqının ödənilməsində nəzərə alınmır.
  • Kartın itirilməsi zamanı hara müraciət etmək lazımdır?
    Kart itirildiyi zaman onu bloklaşdırmaq lazımdır. Bunun üçün müştəri dərhal istənilən bank filialına müraciət etməli və ya Milli Kart prosessinq mərkəzinin qaynar nömrələrinə zəng etməlidir.
    (+99 412) 598 10 02
    (+99 412) 598 10 03
    (+99 412) 431 22 02
  • Kartdan təhlükəsiz istifadə üzrə tövsiyyələr varmı?
    Karta aid olan məlumatlar məxfidir, bu məqsədlə aşağıdakılar tələb olunur: Kartı və PİN kodu ayrılıqda saxlamaq
    Kartı və PİN kodu yad adamlara verməmək
    Kartdan yalnız yoxlanılmış internet saytlarda istifadə etmək
  • Bankomatdan nağd pul çıxararkən müştəri nə qədər komissiya ödəyir?
    Tariflər
  • AccessBank-ın bankomatları harada yerləşir?
    Bankomatlar
KARTIN QEYDİYYATI
X
KREDİT DEBET

Debet kartı Sizə, yalnız hesaba yatırdılmış vəsait çərçivəsində pullardan istifadə etmək imkanı verir.

Kredit kartı - müştəriyə bankın vəsaiti hesabına malların və xidmətlərin dəyərinin ödənilməsi imkanı verən bir ödəniş kartıdır.