Bizimlə əlaqə saxlayın
* Bütün xanalar doldurulmadı. Xahiş edirik, formanı tam və düzgün doldurasınız
Əks əlaqə
* Bütün xanalar doldurulmadı. Xahiş edirik, formanı tam və düzgün doldurasınız

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

AccessBankın plastik kartları
sizin maddi sərbəstliyinizi təmin edir!
Mən istəyirəm mənim kartım:
Xidməti ucuz olsun Statusumu qeyd etsin İşdə faydalı olsun
SMS Banking
SMS Banking xidməti müştəriyə kart hesabının vəziyyəti və kart hesabındakı qalıq haqqında məlumatı müştərinin mobil telefonuna SMS vasitəsilə almaq imkanı yaradır.

Hesab üzrə hər hansı bir dəyişiklik olduğu halda (kartla alış-veriş, nağd pul əldə etmək və s.) müştəri mobil telefonuna SMS xəbərdarlıq alır. Müştəri həmçinin mobil telefonları vasitəsilə 8893 nömrəsinə SMS şəklində müvafiq sorğular göndərərək öz hesabları haqqında müvafiq məlumatlar ala bilərlər. Bu halda kartla aparılan son 10 əməliyyat üzrə hesabdan çıxarış əldə etmək mümkündür.

SMS Banking xidmətini AccessBank-ın istənilən filialında aktivləşdirmək mümkündür.

Sorğular aşağıdakı şəkildə göndərilə bilər:
  • SMS xəbərdarlığda dili seçmək üçün 8893 nömrəsinə LANG sorğusu göndərərək Azərbaycan dili üçün 1, rus dili üçün 2, ingilis dili üçün 3 seçə bilər.
  • Kart sahibinə məxsus olan kartların siyahısını öyrənmək üçün (məsələn: 1-ci kartın nömrəsi, 2-ci kartın nömrəsi və s.) 8893 nömrəsinə CLIST sözünü göndərmək lazımdır.
  • Kart hesabının balansını öyrənmək üçün BALANS sözünü 8893 nömrəsinə göndərmək lazımdır.
  • Kart sahibinə məxsus olan kartın statusunu (aktiv, qeyri-aktiv) öyrənmək üçün STATUS sözünü 8893 nömrəsinə göndərmək lazımdır.
  • Kartla aparılan son 10 əməliyyat üzrə hesabdan çıxarış əldə etmək üçün STATE sözünü 8893 nömrəsinə göndərmək lazımdır.
  • Kartı bloklaşdırmaq üçün STOP sözünü və kartın sıra nömrəsini yazaraq 8893 nömrəsinə göndərmək lazımdır (məsələn: “STOP 1” yazaraq siyahıda olan 1-ci kartı bloklaşdırmaq olar).
  • Blokda olan kartı aktivləşdirmək üçün STOP activate sözünü və kartın sıra nömrəsini yazaraq 8893 nömrəsinə göndərmək lazımdır (məsələn: “STOP 1 activate” sorğusu daha öncə bloklaşdırılmış kartı aktivləşdirir).
  • Xidmətlərin ətraflı siyahısı və istifadə qaydası ilə tanış olmaq üçün HELP sözünü yazaraq 8893 nömrəsinə sorğu göndərmək lazımdır.
  • Bundan əlavə, AccessBank müştərilərinə SMS Banking xidmətinin sadələşdirilmiş formasını təklif edir. Bu xidmətə yalnız kart hesabına köçürülən vəsait və aparılan əməliyyatlar haqqında (əməliyyat haqqında olan məlumata balans barəsində məlumat var) SMS-məlumatlandırma daxildir.
  • SMS Banking xidmətinin sadələşdirilmiş versiyası haqqında ətraflı məlumat almaq üçün AccessBank-ın istənilən filialına və ya *0151 nömrəsinə zəng edərək müraciət edin.

    KARTIN QEYDİYYATI
    X
    KREDİT DEBET

    Kredit kartı - müştəriyə bankın vəsaiti hesabına malların və xidmətlərin dəyərinin ödənilməsi imkanı verən bir ödəniş kartıdır.